Azərbaycanda kişilərin 15 faizi cinsi əlaqədə olmayıb


Digərləri 30 Noy 2018 19:44:00 259 0

Azərbaycanda kişilərin 15 faizi cinsi əlaqədə olmayıb

Azərbaycanda cinsi davranış və kondomlardan istifadəyə dair sorğu keçirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat"da qeyd edilib.

Sorğuda iştirak etmiş kişilərin 72,6 faizi son 12 ay ərzində yalnız bir partnyorla, 3 faizdən də az bir hissəsi isə üç və ya daha çox partnyorla cinsi əlaqədə olub. Son il ərzində kişilərin 15 faizi, ümumiyyətlə, cinsi əlaqədə olmayıb.

Qadınlara gəldikdə, onların 67,5 faizi son ildə bir nəfərlə cinsi əlaqədə olduğunu bildirib. Son ildə qadınların üçdə biri (32,1 faizinin) cinsi əlaqədə olmayıb: bu qadınların əksəriyyəti 18-24 yaşlarında və subay olublar. 

Oxu: Azərbaycanda cinsi tərbiyə dərsinin tədrisinə - RƏSMİ MÜNASİBƏT Faktiki olaraq subay olan qadın respondentlərdən heç biri son il ərzində cinsi əlaqədə olması barədə məlumat verməyib. 

Sorğuda Azərbaycanda qadınların nikahdan əvvəl cinsi əlaqədə olmasının qəbuledilməz hesab edildiyini nəzərə alaraq (artıq qeyd olunduğu kimi, sorğu respondentlərinin, demək olar ki, hamısı qadının nikahadək bakirə qalması ilə razı idi), subay qadınlar tərəfindən bir qədər təhrif olunmuş məlumatların verilməsi labüd olub. 

Kişilərin yalnız 15,3, qadınların isə 8,2 faizi son cinsi əlaqə zamanı kondomlardan istifadə etdiyini bildirib. Bu verilən cavablar cinsi fəallıqları barədə məlumat verən qadın və kişilərin əksəriyyətinin nikahda olduğu və reproduktivlik məqsədilə cinsi əlaqədə olması barədə əldə edilən məlumatlara uyğun gəlir.