Rusiya Mənsimovun 58 gəmisini əlindən alır


Digərləri 30 Noy 2018 19:24:00 262 0

Rusiya Mənsimovun 58 gəmisini əlindən alır

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi "Palmali" MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq. Əldə ediləcək vəsait isə "Sberbank"a ödəniləcək. "Palmali" MMC-nin "Sberbank"a 210 milyon dollar ödənilməmiş kredit borcu var və bank şirkətin müflis elan edilməsi tələbi ilə ötən il məhkəmə iddiası qaldırmışdı.

"Palmali" MMC-nin səhmləri azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali Denizçilik" şirkətinə məxsusdur. Şirkətin icraçı direktoru Aleksey Mixeleyev məhkəmənin qərarını şərh etməkdən imtina edib. "Palmali Denizçilik" Türkiyə şirkəti isə müflisləşmə qərarının onlara dəxli olmadığını, ancaq "Palmali" MMC-yə aid olduğunu bildirib.

Holdinqdən yayılan açıqlamada bildirilir ki, "Palmali"nin 21 ölkədə şöbəsi var və Rostovdakı şirkətin müflis olması onların fəaliyyətinə təsir etməyəcək.