Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək


Digərləri 30 Noy 2018 19:16:00 250 0

Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək

Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.