Tanınmış aktyorun aliment qalmaqalı


Şou-biznes 30 Noy 2018 18:24:00 273 0

Tanınmış aktyorun aliment qalmaqalı

Aparıcı-aktyor Elvin Ağayev keçmiş xanımı Nərgiz İsayevaya uşaqlarına görə aliment vermir.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya N.İsayevanın özü məlumat verib. 

O qeyd edib ki, aktyor 1800 manat təzminat ödəməlidir: "2011-ci ildə Elvin Ağayevlə ailə həyatı qurmuşuq. Daha sonra 2017-ci ildə rəsmi olaraq yollarımızı ayırmışıq. 5 və 4 yaşında iki qız övladımız var. Altı aydır ki, E. Ağayev alimenti ödəmir. Hər ay 274 manat ödəməlidir. Lakin o, bundan boyun qaçırır. Toplam olaraq 1800 manat pul ödəməlidir. Dəfələrlə Elvinlə danışmışıq, pulunun olmadığını deyir.  Biz artıq aidiyyatı orqanlara şikayət etmişik. Hələ ki, gözləmə mövqeyindəyik".