"Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir" FİG prezidenti


Digərləri 30 Noy 2018 18:11:00 284 0

"Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir"  FİG prezidenti

Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Bakıda FIG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

M.Vatanabenin sözlərinə gorə, AGF çoxlu sayda yarış və görüşləri yüksək səviyyədə təşkil edib və hər kəs Bakıya məmnuniyyətlə gəlir:

"Gimnastika Azərbaycanda güclü inkişaf edib və biz hər dəfə Bakıya gələndə bunun şahidi oluruq".

FIG prezidenti xatırladıb ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək və əlavə edib ki, Azərbaycan paytaxtı istənilən yarışı keçirmək iqtidarındadır.


Xəbərə aid fotolar