Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq


Digərləri 30 Noy 2018 18:20:00 256 0

Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.