Ukrayna Rusiya ilə 40a yaxın müqaviləni ləğv edəcək


Dünya 30 Noy 2018 17:52:00 243 0

Ukrayna Rusiya ilə 40a yaxın müqaviləni ləğv edəcək

Ukrayna Rusiya ilə 40-a yaxın müqaviləni birtərəfli qaydada ləğv edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin yerli telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev artıq Moskva ilə 48 müqaviləni ləğv edib: "Bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında 375 müqavilə olub. 1992-ci ildə Rusiya ilə qurulan diplomatik münasibətlərin kəsilməsini müdafiə edirəm. Hesab edirəm ki, Rusiya Federasiyası ilə diplomatik münasibətlər bizə lazım deyil. Müharibəyə qədər mövcud olmuş münasibətlərin heç bir mənası yoxdur".