Azərbaycan Kubokunda 1/8 finalın oyunları üçün bütün təyinatlar açıqlandı


İdman 30 Noy 2018 17:52:00 345 0

Azərbaycan Kubokunda 1/8 finalın oyunları üçün bütün təyinatlar açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Goal.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Rəvan Həmzəzadə "Kəpəz" - "Səbail" matçını idarə edəcək. "Şüvəlan" - "Keşlə" dueli isə Orxan Məmmədova tapşırılıb. 

6 dekabr (cümə axşamı)

14:00. “Ağsu” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

Ağsu şəhər stadionu, 

14:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Gəncə şəhər stadionu,

14:00. “Qaradağ Lökbatan” – “Sumqayıt”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 

17:00. “Şüvəlan” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

“AZAL Arena”, 

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə" komandaları mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq.