Dövlət qulluqçusu olmaq istəyənlər! Qeydiyyat başlayıb


Digərləri 30 Noy 2018 17:42:00 232 0

Dövlət qulluqçusu olmaq istəyənlər! Qeydiyyat başlayıb

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 5 və 15 dekabr tarixlərində keçiriləcək. 5 dekabr tarixində keçiriləcək imtahan saat 15:00-da, 15 dekabr tarixində keçiriləcək imtahan isə saat 10:00-da başlayacaq.