Rusiyanın “Yandex” şirkətinin Azərbaycanla bağlı yol verdiyi


Digərləri 30 Noy 2018 17:32:00 221 0

Rusiyanın “Yandex” şirkətinin Azərbaycanla bağlı yol verdiyi

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" səsli mobil köməkçi tətbiqində "azərbaycanlılar kimlərdir?" sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdırıb, müvafiq ölçü götürülməsi üçün "Yandex"in rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Həmin məktubda Azərbaycan və xalqımızla bağlı ətraflı məlumatlar təqdim edilib. Şirkət nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.