Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı


Digərləri 30 Noy 2018 17:16:00 283 0

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Son.az report-a istinadən xəbər verir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğın baş verib.