Azərbaycanın media təmsilçiləri "Anadolu" Agentliyində olublar


Digərləri 30 Noy 2018 17:04:00 244 0

Azərbaycanın media təmsilçiləri "Anadolu" Agentliyində olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, fonddan verilən məlumata görə, nümayəndə heyətinin növbəti görüşü "Anadolu" Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. "Anadolu" Agentliyinin baş direktor müavini Metin Mutanoğlu təmsil etdiyi qurumun Azərbycan KİV-ləri ilə əlaqələri və bu yöndə yeni planları barədə məlumat verib. M.Mutanoğlu "Anadolu" Agentliyi ilə AZƏRTAC İnformasiya Agentliyi arasındakı sıx əməkdaşlıq və müştərək proqramları nümunə göstərərək media qurumlarının qarşılıqlı fəaliyyətinin hər iki ölkə üçün ciddi töhfələr verə biləcəyini qeyd edib.

Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və Fondun fəaliyyəti barədə məlumat verib. V.Səfərli hər iki ölkənin media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.


Xəbərə aid fotolar