Hücumçunun evi qarət olundu


İdman 30 Noy 2018 16:51:00 262 0

Hücumçunun evi qarət olundu

PSG-nin forvardı Erik Şupo-Motinqin evi qarət olunub. G

Goal.az xəbər verir ki, hadisə dekabrın 28-də baş verib. Həmin gün PSG Çempionlar Liqası çərçivəsində Liverpool-u qəbul edib - 2:1.

Oğrular oyunun keçirildiyi vaxt hüçumçunun evini talayıb. Deyilənlərə görə, evdən 600 min avro dəyərində zinət əşyaları aparılıb. 29 yaşlı kamerunlu Paris klubuna bu mövsümün əvvəlində keçib. Liverpool-la matçın 65-ci dəqiqəsində Edinson Kavanini əvəzləyib. Ümumilikdə, mövsüm ərzində komandasının heyətində 5 matça çıxıb. Aktivində bir qol var.