Niderlandlı baş redaktor Azərbaycan diaspor təşkilatına qoşuldu


Digərləri 30 Noy 2018 16:25:00 228 0

Niderlandlı baş redaktor Azərbaycan diaspor təşkilatına qoşuldu

Niderlandda fəaliyyət göstərən "Connekt" təşkilatının sıraları genişlənməkdə davam edir.

Bu barədə məlumatı Son.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. "Niderlandda yaşayan soydaşımız, "Conneckt" təşkilatının sədri Vüqar Abbasov baş redaktorla görüşüb. Bu təşkilatın özəlliklərindən biri də budur ki, təşkilatda əsasən yerli insanlar, yəni niderlandlılar təmsil olunurlar və onların arasında jurnalistlər də var.

Bu dəfə isə Niderlandda çıxan "Wereldregio" qəzetinin sahibi və baş redaktoru Aad van der Wouden təşkilatın idarə heyətinə üzv olacağı ilə bağlı qərar verib. Qəzet daima Azərbaycan məsələsini diqqət saxlayır. Qəzetdə bu günə qədər ölkəmizin xeyrinə onlarla məqalə çap olunub".