“Napoli-yə evdə qalib gələ bilməsək...”


İdman 30 Noy 2018 15:51:00 252 0

“Napoli-yə evdə qalib gələ bilməsək...”

Liverpool-un yarımmüdafiəçisi Ceyms Milnerin fikrincə, klub Çempionlar Liqasına layiq olduğunu sübut etməlidir.

Goal.az xəbər verir ki, Liverpool qrup mərhələsinnin son oyununda Napoli-ni qəbul edəcək. Milner deyib: “Çətin qrupda olduğumuzu bilirik. Amma hər şey öz əlimizdədir. Çempionlar Liqasında çıxış etməyə layiq olduğumuzu sübut etməliyik. Sonuncu oyunumuz “Enfild”də olacaq. Məncə, qələbə üçün əla imkan var. Napoli-yə evdə qalib gələ bilməsək, deməli Liverpool ÇL-yə layiq deyil. Turnirin əvvəlində bizə desəydilər ki, sonuncu ev oyununda qalib gəlməklə pley-off mərhələsinə çıxacaqsınız, razı olardıq” - Milner dyib.

Xatırladaq ki, Liverpool növbəti mərhələyə çıxmaq üçün Napoli-ni minimal hesabla və ya iki top fərqi ilə məğlub etməlidir.