Azərbaycanda yeni medal təsis edildi


Digərləri 30 Noy 2018 15:44:00 221 0

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda yeni medal təsis edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.