"Azərbaycanda kitabxanaçılıq təhsili" monoqrafiyası işıq üzü görüb


Digərləri 30 Noy 2018 15:35:00 206 0

"Azərbaycanda kitabxanaçılıq təhsili" monoqrafiyası işıq üzü görüb

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Qardaşovun "Azərbaycanda kitabxanaçılıq təhsili" kitabı çapdan çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, monoqrafiyada Azərbaycanda kitabxanaçılıq təhsilinin keçdiyi tarixi yola nəzər salınıb, kitabxanaçılıq təhsilinin yaranması, inkişafı və müasir vəziyyəti təhlil edilib. Azərbaycanda ilk kitabxanaçılıq kurslarından başlayaraq ali kitabxanaçılıq təhsilinə qədər keçilən yol müvafiq fəsil və bölmələrdə şərh olunub. Həmçinin kitabxanaçılıq təhsilinin məzmunu, peşə kompetensiyası, kitabxanaçılıq peşəsinin professioqramması, kitabxanaçılıq təhsilində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi araşdırılıb.

Kitabda, eyni zamanda, dünya təcrübəsində meydana gələn innovativ meyillər, Azərbaycan kitabxanaçılıq təhsili kontekstində qarşıda duran vəzifələr elmi əsaslarla müəyyən edilib.