Ərəb sevgilisindən ayrılmadığını sübut etdi


Digərləri 30 Noy 2018 15:04:00 211 0

Ərəb sevgilisindən ayrılmadığını sübut etdi

Dünyaca məşhur müğənni Rihanna milyarder sevgilisi Həsən Cəmillə ayrılması barədə yayılan məlumatlara son qoyub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün bir müddət əvvəl dava edərək münasibətlərinə son qoyduğu iddia edilsə də, hər şeyin şayiə olduğu məlum olub. 

Rihanna və ərəb sevgilisi ötən gün məşhur restoranlardan birində görüntülənib. Onlar özəl otaqda əyləşərək mühafizəçilərin müşayiəti ilə axşam yeməyi yeyiblər. Cütlük 3 saat sonra məkandan ayrılarkən paparrassilərə tuş gəlib. Həsən və Rihanna bununla da ayrılmadıqlarını sübut ediblər. 


Xəbərə aid fotolar