"Qrizmann Mbappe" qadağası


İdman 30 Noy 2018 14:48:00 232 0

"Qrizmann Mbappe"  qadağası

Fransanın cənubunda yaşayan bir ailə yeni doğulan oğlan övladına ad seçimində orijinal varianta əl atıb.

Goal.az La Montagne nəşrinə istinadən xəbər verir ki, Fransa milisinin dünya çempionatındakı qələbəsini qeyri-adi yolla qeyd edən valideynlər uşağa millinin ən yaxşı futbolçularının adını vermək qərarına gəlib. Onlar Atletico-nun hücumçusu Antuan Qrizmannın soyadını uşağa ad kimi seçilib. Soyadı isə PSG-nin hücumçusu Kilian Mbappenin soyadından götürülüb. Beləliklə iki ulduz futbolçunun adı birləşib - Qrizmann Mbappe. Lakin yerli hökumət valideynlərin “kəşfini” qəbul etməyib. Onlar hesab edib ki, uşağın hüquqları pozulub, gələcəkdə bu adı bəyənməyə bilər. Valideynlərə adı və soyadı dəyişmək tövsiyə olunub.