Dayanmadan 500 dəfə top çiləyən


Digərləri 30 Noy 2018 14:50:00 261 0

Dayanmadan 500 dəfə top çiləyən

ARB Günəş-in "Xəbərdar ol" proqramı bu dəfə Qubada yaşayan 9 yaşlı Əlinin qeyri-adi bacarığını işıqlandırıb. Son.az bildirir ki, o, dayanmadan 500 dəfə top çiləyə bilir. Məktəbli 3 ildir ki, futbolla məşğul olur. Balaca idmançı topla müxtəlif tryuklar edir. O, topu nəinki ayaqları ilə, həm də başı ilə çiləyə bilir. Həmçinin yeriyə-yeriyə topa nəzarət etməyi də bacarır. Nəticələrini yaxşılaşdırmaq üçün gün ərzində bir neçə saat məşq edir. Əli Qubada 9 yaşlı uşaqlardan ibarət futbol komandasında top qovur.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar