Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq"


Siyasət 30 Noy 2018 14:35:03 234 0

Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

"Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı - red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq.

Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər", - Rusiya rəsmisi bildirib.