Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu FOTO


Dünya 30 Noy 2018 14:05:00 294 0

Gəlin olmağa hazırlaşan qızın faciəvi sonu  FOTO

Toyunda arıq görünmək üçün mədə kiçiltmə əməliyyatına girən qız dünyasını dəyişib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Cana Morils (Jana Moreels) adlı artıq çəkidən əziyyət çəkən qadın mədə kiçiltmə əməliyyatına görə ölüb.

25 yaşlı qız bədən quruluşundan narazı idi və o, fiqurasına görə ələ salınırdı. Hətta bir dəfə təhlükəsizlik kəməri taxa bilmədiyinə görə rəfiqlərinin gülüş hədəfinə çevrimişdi.

O, mədə kiçiltmə əməliyyatından sonra evə buraxılsa da, belində ağrıları olub. Cana ad günündə komaya düşüb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Cana əməliyyatdan öncə toyu üçün gəlinlik alış-verişi etmişdi.


Xəbərə aid fotolar