Lavrov Milanda Dağlıq Qarabağla bağlı müzakirələr aparacaq


Siyasət 30 Noy 2018 14:08:51 268 0

Lavrov Milanda Dağlıq Qarabağla bağlı müzakirələr aparacaq

Rusiyanın xarici işlər naziri dekabrın 6-7-i Milanda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparacaq.

Son.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.

O bildirib: "Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak etdiyi məsələləri əhatə edəcək. İkitərəfli görüşlər də olacaq və bu görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Orada, əlbəttə ki, konkret addımlar və ya konkret təkliflər müəyyənləşdiriləcək".