Azərbaycan mövqeyində qaldı – UEFA reytinqi


İdman 30 Noy 2018 14:09:00 267 0

Azərbaycan mövqeyində qaldı – UEFA reytinqi

Avropa Liqasının qrup mərhələsinin V turundan sonra UEFA reytinqi açıqlanıb. Baş tutan 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

 Əsasən ölkələrin xal hesabı dəyişib. Mövqe dəyişikliyi isə yalnız Slovakiya və Sloveniya arasında olub. Sonuncular 30-cu pilləni əldən verib.

 Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Ölkə çempionu Qarabağ öz meydanında Portuqaliya Sporting-inə böyük hesabla uduzduğundan (1:6) Polşanı keçmək imkanı qaçırılıb. Xal hesabı dəyişməyən Azərbaycan cari mövsümdə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malikdi. Ölkəmiz siyahıda 26-cıdı. Polşada 0,250 xal geri qalan Azərbaycan İsraili 0,375 xal qabaqlayır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.