91 yaşlı qarıya aşiq olan kişi və


Digərləri 30 Noy 2018 13:55:00 507 0

91 yaşlı qarıya aşiq olan kişi və

91 yaşlı qarıya vurulub onunla nikah kəsdirən 31 yaşlı kişi, yetkinlik yaşına çoxdan çatmağına rəğmən özünü uşaq sayan kişi, bir kişiyə ərə getmiş iki bacı, seks-kuklalara aşiq olmuş adam... Onlar "şou We tv Extreme Love" sənədli serialının "qəhrəman"larıdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 8 seriyadan ibarət sənədli serial WE tv telekanalında nümayiş olunacaq.

Friklər, çox qəribə insanlar və cəmiyyətdə birmənalı qarşılanmayan davranışa malik şəxslərdən bəhs edən sənədli serialda "Vanilla" adlandırdığı "Volkswagen Beetle" avtomobilinə aşiq olan, ərinin qanını içən "polamoral vampir" qadın, arvadlarını yataqda dəyişərək svinqerlik edən ərlər də var.

Sənədli serialın ilk seriyası dekabrın 20-də nümayiş olunacaq.