Milli Məclis Cənubi Sudana hərbi heyət göndərilməsini dəstəklədi


Digərləri 30 Noy 2018 13:57:00 244 0

Milli Məclis Cənubi Sudana hərbi heyət göndərilməsini dəstəklədi

Azərbaycan Cənubi Sudan Respublikasına hərbi heyət göndərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün kerçirilən plenar iclasında Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Layihə səsə qoyularaq qəbul edilib.