Rusiyaya gedən yük maşını Xaçmazda aşdı FOTO


Digərləri 30 Noy 2018 13:37:00 209 0

Rusiyaya gedən yük maşını Xaçmazda aşdı  FOTO

Xaçmaz rayonunun ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Qusarçay kəndi ərazisində Rusiya istiqamətində hərəkətdə olan ağır tonnajlı yük maşını idarəetməni itirərək yol kənarına aşıb. 

İlkin ehtimala görə, yük maşının sükanında yaranan nasazlıq qəzaya səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da yük maşınına və maşında olan yükə ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırma aparılır.


Xəbərə aid fotolar