Sərnişin qatarlarının hərəkət cədvəli yenilənir


Digərləri 30 Noy 2018 13:20:43 249 0

Sərnişin qatarlarının hərəkət cədvəli yenilənir

9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcəkdir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumata görə, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcəkdir.