Flora Kərimovadan şok açıqlama: "Övladlarıma dedim ki, sizdən imtina edəcəm" VİDEO FOTO


Şou-biznes 30 Noy 2018 13:24:00 267 0

Flora Kərimovadan şok açıqlama: "Övladlarıma dedim ki, sizdən imtina edəcəm"  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub. Son.az bildirir ki, Flora Kərimova maraqlı açıqlama verib: "Hərdən zarafat edirdim. Deyirdim ki, notarusa gedib ərizə verəcəm, sizdəm imtina edəcəm. Elə dedim oğlum qorxdu. Qızıma zəng edib deyib ki, xəbərin var, ana bizdən imtina edəcək? Oğlum dediklərimi ciddi qəbul edib və mənə də zəng etmişdi ki, ana nə olub? Deyirəm, heç nə, gəlinim zəng edib deyir ki, sənin başın qaçıb. Dedim ki, bax Allaha and içirəm, işimi-gücü qoyaram gələrəm orada küçə süpürərəm, nəvələrimə baxaram, səndən də imtina edərəm".  Aparıcı Elgiz Əkbər də qızını sığınacağa qoymaqla qorxudub: "Adam əsəbləşəndə deyir. Qayınanam məndən inciyib. Lalə evi dağıdırdı. Özü də təzyiqim var. Bir dəfə dedim etmə, iki dəfə dedim etmə. Axırda dedim dayan, bu dəqiqə səni aparıb sığınacağa verəcəm. Qadın məndən belə söz dediyim üçün incidi".

Son.az  

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto