Su polisi antisanitar şəraitdə satılan balıqlarla bağlı maarifləndirməyə başladı FOTO VİDEO


Digərləri 30 Noy 2018 13:28:00 221 0

Su polisi antisanitar şəraitdə satılan balıqlarla bağlı maarifləndirməyə başladı   FOTO VİDEO

Ölümlə üz-üzə qalan iki balıqçı xilas olundu

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata kecirirlər.

DİN-dən Son.az-a verilən əmlumata görə, qanunsuz olaraq və antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir. Eyni zamanda antisanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi quş və dəniz onurğasızlardan sayılan krivet və xərçəngləri alan kafe, restoran, eləcə də  bazarlara müraciət edərək bildirir ki, antisanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər.

İdarənin digər məlumatında qeyd olunur ki, ötən gün Su polisi tərəfindən gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçı ölümdən xilas edilib. Əmiraslan Hüseynov Muxtar oğlu və Hikmət Səmədov Fikrət oğlu Novxanı qəsəbəsində  taxta qayıqla balıq ovuna çıxıblar və sahildən 5 km uzaqda qayığın matoru xarab olub. Həyatı təhlükəylə üzləşən balıqçılar İdarənin  Sumqayıt məntəqə rəisinə zəng vuraraq matorlarının xarab olduğunu deyərək kömək istəyiblər. Hadisə operativ səkildə Su Nəqliyyatında Polis İdarəsinin rəisinə məruzə olunub və dərhal hadisə rəhbərliyin nəzarətinə götürülüb.

Balıqçıların xilas edilməsi üçün əməliyyat tədbiri qurulub. Havanın dəyişməsi və küləkli olması həyata keçirilən tədbirlərə çətinlik yaşatsa da balıqçıların həyatı xilas edilib.

Yusif Nəsirli Son.az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto