Bu tarixlərdə maqnit qasırğası olacaq


Digərləri 30 Noy 2018 13:19:00 236 0

Bu tarixlərdə maqnit qasırğası olacaq

Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq: