Təxirə salınan final Real-ın stadionunda keçiriləcək


İdman 30 Noy 2018 13:10:00 245 0

Təxirə salınan final Real-ın stadionunda keçiriləcək

Boca Juniors-la River Plate arasındakı Libertadores kubokunun finalının cavab oyununun keçiriləcəyi yer və tarix məlum olub.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma dekabrın 9-da, Real-ın stadionu “Santyaqo Bernabeu”da keçiriləcək. Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqez Argentina mətbuatına açıqlamasında məlumat verib: "Qapılar futbolun yaxşılığını istəyən azarkeşlər üçün açıq olacaq. Futbol xuliqanları gəlmək haqda düşünməsin, onlara burda yer yoxdur”.

24 noyabrda keçirilməsi nəzərdə tutulan River Plate - Boca Juniors matçı azarkeşlərin səbəb olduğu hadisələrə görə təxirə salınıb.