Kim Çen Inın Seula səfərinin vaxtı bilinmir


Dünya 30 Noy 2018 12:56:00 338 0

Kim Çen Inın Seula səfərinin vaxtı bilinmir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın Koreya Respublikasına səfərinin tarixi hələ müəyyən edilməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Seulda jurnalistlərə Koreya Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Kim Iy Gyom deyib.

O, hazırda səfərin bir neçə mümkün variantının hazırlandığını bildirib.

Bununla belə, administrasiya rəsmisi qeyd edib ki, K.Ç.Inın Cənubi Koreyaya dekabrın 13-ü və ya 14-də səfər edəcəyi gözlənilir.