Bakıda müəllimi şantaj edən şəxslərə hökm oxundu


Digərləri 30 Noy 2018 12:29:00 212 0

Bakıda müəllimi şantaj edən şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib.

İttihama görə, bu ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5 100 manat pul manat alıb.