Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri qəbul edildi


Digərləri 30 Noy 2018 12:30:00 249 0

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri qəbul edildi

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.