“Veysəloğlu”nun dəstəyi ilə şəhid və müharibə əlillərinin övladları üçün ödənişsiz “Veb Dizayn” kursu başladı (FOTO)


Digərləri 30 Noy 2018 12:18:07 276 0

“Veysəloğlu”nun dəstəyi ilə şəhid və müharibə əlillərinin övladları üçün ödənişsiz “Veb Dizayn” kursu başladı (FOTO)

"Veysəloğlu” Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib.

Bakı. "Veysəloğlu” Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib. Trend-in məlumatına görə, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib. Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər.