Abşeronda "London taksi"si qarət edildi,


Digərləri 30 Noy 2018 12:02:00 231 0

Abşeronda "London taksi"si qarət edildi,

Abşeron qəsəbəsində naməlum şəxslər "London taksi"sinin sürücüsünə qarşı quldurluq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, "20 yanvar" dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib. Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər.

Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan "Samsung J-3" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.