2019-cu il dövlət büdcəsi qəbul edildi


Digərləri 30 Noy 2018 12:08:00 191 0

2019-cu il dövlət büdcəsi qəbul edildi

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən öplenar iclasında müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir, iqtisadi islahatların həyata keçirilməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək.