Qarabağ - Keşlə matçının vaxtı dəyişdi


İdman 30 Noy 2018 11:38:00 284 0

Qarabağ - Keşlə matçının vaxtı dəyişdi

Goal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”ın “Keşlə” ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib. PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib.

Topaz  Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bildirilir ki, dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.