Dekabrın HAVAsı


Digərləri 30 Noy 2018 11:46:14 344 0

Dekabrın HAVAsı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayına gözlənilən hava proqnozunu açıqlayıb.

Qurumdan Son.az-a daxil olan xəbərə görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində  normadan  aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi rayonlarda  isə bir qədər çox olacağı  ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. 

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın,  gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.    

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 24-34 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə  0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı  (norma 14-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.