“Mastercard” Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqini genişləndirir (FOTO)


Digərləri 30 Noy 2018 11:40:39 225 0

“Mastercard” Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqini genişləndirir (FOTO)

Bakıda qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti və Azərbaycanın media nümayəndələri arasında görüş keçirilib.

Bakı. Bakıda qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti və Azərbaycanın media nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı “Mastercard”ın rəsmiləri tərəfindən şirkətin Azərbaycanda rəqəmsal ekosistemin gücləndirilməsi, 2019-cu il üzrə planları və “Masterpass” rəqəmsal ödəniş platformasının istifadəyə verilməsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar şirkətin əsas prioritetlərindən biri rəqəmsal ödənişlər üzrə göstəriciləri daha da yaxşılaşdırılması olduğunu bildirib və bu sahədə Azərbaycan hökuməti və bankları ilə qarşılıqlı sıx əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin, "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" bu istiqamətdə böyük bir addım olduğunu və bu proqramın təşəbbüsləri innovativ texnologiyaların tətbiqinin sürətlənməsini, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsini və istehlakçıların, eyni zamanda, ticarət partnyorların bu xidmətdən istifadə etməsini asanlaşdıracağını bildirib. O, vurğulayıb ki, “Nağdsız Azərbaycan” layihəsinin ən mühüm uğurlarından biri ümumi istehlakçı xərclərində nağdsız ödənişlərin payının artırılmasıdır. “Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən “Nağdsız Azərbaycan” proqramının tərkib hissəsi olmaqdan böyük məmnuniyyət duyuruq. Biz 2017-ci ildə “Mastercard Advisors” layihəsi ilə də bu proqrama öz dəstəyimizi vermişik. Bu il isə Naxçıvanda istehlakçılar arasında nağdsız hesablaşmaları təşviq etmək məqsədilə üç supermarket şəbəkəsində kampaniya həyata keçiririk. Azərbaycanın ən böyük üstünlüyü gənc və savadlı əhali, eyni zamanda, inkişaf etmiş bank sistemidir. Biz “Mastercard” olaraq Azərbaycanın parlaq gələcəyinə investisiya yatırmağa davam edəcəyik”, - deyə Erdem Çakar bildirib.