Orxan Məmmədov: Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır


Digərləri 30 Noy 2018 11:48:01 208 1

Orxan Məmmədov: Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır

Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır.

Bakı. Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır. Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "HR Summit 2018" tədbirində çıxışı zamanı deyib. O.Məmmədov dövlət rəsmilərinin iştirakı ilə insan resursları sahəsində ixtisaslaşmış peşəkarların vahid məkanda bir araya gəlməsini ölkəmizdə bu sahənin uğurlu inkişafının göstəricisi olaraq qiymətləndirdiyini bildirib: "Heç kimə sirr deyil ki, insan resursları amili hər bir dövlətin uğurlu inkişaf strategiyasında önəmli yer tutur. Ölkəmizdə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində insan kapitalının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunverici bazanın yaradılmasından başlayaraq bu sahədə potensialın gücləndirilməsinə istiqamətlənmiş institusional tədbirlərə kimi geniş spektri əhatə edir".