Dekabrın havası açıqlandı - Sulu qar və qar...


Digərləri 30 Noy 2018 11:35:48 238 0

Dekabrın havası açıqlandı - Sulu qar və qar...

Dekabr ayına olan hava proqnozu açıqlanıb.

Bakı. Dekabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-35 mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.