Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub (FOTO)


Digərləri 30 Noy 2018 10:43:00 214 0

Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub (FOTO)

Polşanın paytaxtı Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransın V sessiyası keçirilib.

Bakı. Polşanın paytaxtı Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransın V sessiyası keçirilib. Sessiyada Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan 23 ölkənin nümayəndə heyətləri, həmçinin DYƏT Komitəsinin, Avropa Birliyinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər. Azərbaycanı bu tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. QSC-dən Trend-ə verilən məlumata görə, heyət tərkibinə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov və “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsi müqavilələr bölməsinin rəisi Türkan Yusibova daxil idilər. Tədbir gündəliyi çərçivəsində Polşa İnfrastruktur nazirinin müavini Andjey Bittel Konfrans sədrinin müavini vəzifəsinə seçilib.