Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq


Digərləri 30 Noy 2018 09:29:23 216 0

Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq. İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq. Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin