Tallinndə zorakılıq qurbanlarının ayrıca yaşamaq imkanı olacaq


Digərləri 30 Noy 2018 08:52:00 336 0

Tallinndə zorakılıq qurbanlarının ayrıca yaşamaq imkanı olacaq

Yeni ildən başlayaraq, Tallinin mənzil bazarında yaradılacaq yeni xidmət vasitəsilə ailə zorakılığının qurbanları üçün evlər kirayəyə veriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin birinci yarısında bu cür yardım üsulu əvvəllər sosial himayə altında olan evlərdə yaşayan və təkrar sosiallaşma planını yerinə yetirən insanlar üzərində yoxlanılıb.

Nəticədə məlum olub ki, bu tip insanlara müstəqil şəkildə yaşayış yeri axtarmaq və muzdlu işlə bağlı müqavilələr bağlamaq çətindir. Ailə zorakılığından canını qurtarmaq məqsədilə sığınacaqlara düşən əliuşaqlı analar da bu vəziyyətdədirlər.