Səfir: "Macarıstan "Cənub Qaz Dəhlizi"nə interkonnektorlar vasitəsi ilə birləşmək istəyir"


Digərləri 30 Noy 2018 07:56:00 484 0

Səfir: "Macarıstan "Cənub Qaz Dəhlizi"nə interkonnektorlar vasitəsi ilə birləşmək istəyir"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Macarıstan üçün enerji resursları mənbələrinin şaxələndirilməsi baxımından vacibdir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir deyib: "Macarıstan üçün enerji təhlükəsizliyi prioritet məsələdir. Buna görə də biz fəal olaraq enerji resursları mənbələrinin şaxələndirilməsi imkanlarını axtarırıq, xüsusən də, təbbi qaz mənbələrinin. Azərbaycan qazı real alternativdir, buna görə də, o, diversifikasiya variantlarının baxılması zamanı diqqət mərkəzində olacaq. "Cənub Qaz Dəhlizi" bizim üçün enerji resursları mənbələrinin və tədarük maşrutlarının şaxələndirilməsi baxımından vacibdir, bu səbəbdən də biz bu layihəni yaxşı bir variant kimi qiymətləndiririk".

Sederkenyi qeyd edib ki, Macarıstan Azərbaycanın - bu böyük layihəyə təkan verən və boru kəmərini qazla dolduracaq ölkənin rolunu yüksək qiymətləndirir: "Hal-hazırda məqsədlərdən biri Macarıstanın "Cənub Qaz Dəhlizi" ilə regionumuzun ölkələri arasında olan interkonnektorlar vasitəsi ilə birləşməsidir. Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərləri vasitəsi ilə Azərbaycan qazı Avropa bazarlarında satışa çıxarılacaq, və bu çox gözəl xəbərdir".


Xəbərə aid fotolar