Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti dövr olub


Digərləri 30 Noy 2018 07:48:00 215 0

Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti dövr olub

Dünya Meteorologiya Təşkilatının (DMT) hesabatında qeyd olunur ki, son dörd il dünyada ən isti dövr olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onlardan ən isti keçəni isə 2018-ci ildir. Belə ki, son 10 ayda planetimizdə orta temperatur 1900-cü illə müqayisədə 1 dərəcə artıb. Hesabatda bildirilir ki, son 22 ilin 20-si qlobal miqyasda ən isti illər olub. Təşkilatın qənaətinə görə, əgər bu atım tempi davam edərsə, 2100-cü ildə Yer üzündə hərarət təxminən 3-5 dərəcə yüksələ bilər.

DMT-nin hesabatında daha sonra vurğulanır ki, 2019-cu ildə qlobal istiləşmə prosesinin davam edəcəyi gözlənilir. Təşkilatın baş katibi Petteri Taalas deyib: "Atmosferə zərərli qazların buraxılması artan templə davam edir və bu tendensiyanın davam edəcəyi təqdirdə əsrin sonuna doğru orta temperatur göstəricilərinin 3-5 dərəcə yüksəlməsini müşahidə edə bilərik. Biz bu problemi anlayan nəsil olduq, amma yeni nəsil konkret tədbirlər görmək məcburiyyətindədir".