BƏƏ ilə Hindistan arasında sualtı dəmir yolu çəkiləcək


Digərləri 30 Noy 2018 07:07:00 230 0

BƏƏ ilə Hindistan arasında sualtı dəmir yolu çəkiləcək

Füceyra Əmirliyi (BƏƏ) ilə Hindistanın Mumbay şəhəri arasında uzunluğu azı 2000 kilometr olan sualtı dəmir yolu çəkiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu futurist meqalayihənin reallaşdırılmasına dair ambisiyalı planları Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları elan edib. Sualtı qatarlarla Hindistandan BƏƏ-yə sərnişinlər, müxtəlif mallar və təzə su, əks istiqamətdə isə neft daşınması nəzərdə tutulur.