Bu cür "maşa"ların məqsədı ölkəni alovlandırmaqdır


Siyasət 30 Noy 2018 07:00:00 212 0

Bu cür "maşa"ların məqsədı ölkəni alovlandırmaqdır

"Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən bir müddət öncə başladılan söyüş kampaniyasının idarə edildiyi, istiqamətləndirildiyi əvvəlcədən də məlum idi. Bununla bağlı ən müxtəlif səviyyələrdə fikirlər ifadə olunurdu. İndi bizim vaxtilə dediklərimiz həmin dəstənin üzvlərindən ikisi - Məhəmməd Mirzəli və Tural Sadıqlı tərəfindən etiraf edilir".

Bunu Son.az-a açıqlamasında tanınmış jurnalist, "Kaspi" qəzetinin baş redaktoru, İlham Quliyev deyib.

"Onların mübarizəsi Azərbaycanı söyməklə daha çox pula sahib olmaq uğrundadır"  Onun fikrincə, bu cür şəxslər kimlərinsə əlində siyasi alətə, "maşa"ya çevriliblər. Məqsəd isə vəziyyəti bacardıqları qədər gərginləşdirmək, ölkəni alovlandırmaqdır: "Onlar etiraf edirlər ki, bu kampaniyanı aldıqları qrant müqabilində aparıblar. Bu isə dolayısı ilə o deməkdir ki, bunlar hamısı kimlərinsə əlində alət olublar. Kimlərsə, hansısa dairələrsə Azərbaycandakı siyasi prosesləri söyüş müstəvisinə gətirməyə, siyasi münasibətləri milli mentalitetimizə yad olan əxlaqsız müstəviyə çəkmək və bununla da ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirmək məqsədi güdüblər. Bu şəxslər də onların maraqlarının təmin olunmasında maşa rolunu oynayıblar. Məlum olduğu kimi, bu kampaniya məqsədinə çata bilmədi. Bizim "iaşə müxalifəti" adlandırdığımız bu şəxslərin cəhdləri heç bir effekt vermədi. Siyasi baxımdan kifayət qədər savadlı olan Azərbaycan cəmiyyəti onların təklif etdikləri ritorikanı qəbul etmədi, onları qınadı. Görünür, heç bir effekt ala bilməyən dairələr artıq maliyyələşməni dayandırıblar. Nəticədə bunlar bir-birilərindən şübhələnməyə başlayıblar. Biri o birini pulları mənimsəməkdə, kimlərəsə satılmaqda ittiham edir. Diqqət yetirdikdə, bəlli olur ki, heç biri də qrant almadıqlarını vurğulamırlar. İradları yalnız bunun ictimailəşdirilməsinədir".

"Demokratiya" kuklaları dalaşır: A bala, pulumu ver də... Qeyd edək ki, Avropada yaşayan azərbaycanlı gənc siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı seçki öncəsi birliyinin və Azərbaycana qarşı kampaniya aparmasının səbəbi məlum olub. Sosial şəbəkələrdə bir-birlərini ifşa edən bu "demokratiya mübarizləri"nin sözlərindən belə bəlli olur ki, onları xaricdən alınan qrantlar birləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub.

Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda yazıb: "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı Youtube-dan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə, birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Avropada yaşayan mühacirlər qırğına çıxdılar: Məni efirə çıxarıb pul qazandın Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant" üçün etdin, mən bu dəqiqənin özündə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki elə yazmısan ki, yanımıza çəkdik filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm".

"Made in Azerbaijan" səhifəsinin idarəçisi olan Məhəmməd daha sonra Turalı satqınlıqda da ittiham edib: "Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya".

Tural Sadıqlı isə, öz növbəsində, yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib.

İlkin İzzət Son.az